Vakansiyalar

Komandamıza qoşulun

Klinikamız peşəkar və işinə ciddi yanaşan tibb mütəxəssisləri ilə komandasını genişləndirir. E-poçtun mövzu sətrində müraciət etdiyiniz vəzifəni qeyd edin.

Komandamıza qoşulun

Həkim vəzifələri və öhdəliklər

Ginekoloq

Vəzifə öhdəlikləri:

  • Qadın reproduktiv sisteminin müayinəsi, ginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi
  • Hamiləliyin planlanması, aparılması və ginekoloji USM müayinələri
  • Cinsi yolla keçən infeksiyaların və uşaqlıq boynu xəstəliklərinin müalicəsi
  • Endokrin pozğunluqların (polikistoz, menstrual disfunksiya, klimaks) idarə olunması
  • Kontrasepsiya təyini və kiçik ginekoloji cərrahi manipulyasiyalar
  • Xəstə sənədlərinin aparılması və klinikanın protokollarına riayət

Endokrinoloq

Vəzifə öhdəlikləri:

  • Endokrin sistem xəstəliklərinin (qalxanvari vəzi, şəkərli diabet, hormonal disbalans) diaqnostikası və müalicəsi
  • Hormonal analizlərin təyini və nəticələrin şərhi
  • Metabolik pozğunluqların idarə olunması və fərdi müalicə planının tərtibi
  • Xəstələrin uzunmüddətli müşahidəsi
  • Pəhriz və həyat tərzi üzrə fərdi məsləhət

Androloq

Vəzifə öhdəlikləri:

  • Kişi reproduktiv və cinsi sağlamlığının müayinəsi və müalicəsi
  • Kişi sonsuzluğunun diaqnostikası və müalicəsi
  • Androloji və hormonal pozğunluqların qiymətləndirilməsi
  • Cinsi yolla keçən infeksiyaların müayinəsi və müalicəsi
  • Xəstələrlə məsləhət və uzunmüddətli müşahidə

Digər açıq vəzifələr

  • Həkim-laborant
  • Sertifikasiyadan keçmiş təcrübəli tibb bacısı
  • Xadimə (50 yaşa qədər)

Əlaqə

055 787 75 98 · 070 314 19 00 · 012 436 98 47 · parasitus.clinic@gmail.com